"Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL klubuna qarşı UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sabahkı görüş barədə daha çox düşünmək lazımdır: "Futbolçular isə daha peşəkar davranmalıdırlar. Hər oyunçu ilə ayrılıqda danışıb, rəqib barədə məlumat vermişik. Ümid edirəm ki, onlar oyuna hazırdır".
Yeni transferlərdən də danışan Qurbanov Riçard Almeydanın daha hazır olduğunu söyləyib: "O, Qasparla müqayisədə daha yaxşı vəziyyətdədir. İkincinin hazır olmaq üçün daha bir həftə vaxtı var. Məşqçilər və həkimlərlə məsləhətləşirik. Hər şey yaxşı olsa, bir neçə dəqiqə oynayacaq".
Qeyd edək ki, AEL - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı