Ozan Can Kökcü bu kluba transfer olundu – Rəsmi

Ozan Can Kökcü bu kluba transfer olundu – Rəsmi
ÖLKƏ FUTBOLU 3 Avqust 2021 / 13:12 4886
-  A +

“Sabah” futbolçu Ozan Can Kökcü ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” klubuyla razılığa gəlinib.

Ozan Can 2019-cu ildən “Sabah”da oynayıb. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən Kökcü, “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.

“Sabah” Ozan Can Kökcüyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner