"Yuventus" Lokatellini transfer edə bilmir

"Yuventus" Lokatellini transfer edə bilmir
ÖLKƏ FUTBOLU 31 İyul 2021 / 09:53 1959
-  A +

"Yuventus" "Sassuolo"nun futbolçusu Manuel Lokatelinin transferi üçün danışıqlarda irəliləyiş əldə edə bilmir.

Qol.az xəbər verir ki, bu barədə məşhur jurnalist Canluka Di Marizio məlumat yayıb. "Sassuolo" "Turin təmsilçisindən gələn transfer təkliflərini qəbul etməyib. Hətta klub 23 yaşlı yarmmüdafiçini icarəyə götürmək üçün 2 illik təklifi də rədd edib. "Sassuolo" yalnız oyunçunun yüksək məbləğ qarşılığında birdəfəlik transferinə razıdır.

Lokatelli isə "Yuventus"da çıxış emək istəyir. Hətta klubla futbolçu arasında razılıq da əldə olunub. Lakin "Sassuolo"nun etirazı transferin rəsmiləşməsinə mane olur.

Qeyd edək ki, Lokatelli ötən mövsüm A seriyasında meydana çıxdığı 34 matçda 4 qol vurub, 2 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı