"Bütün klublarımıza uğurlar arzu edirik. Dünənki oyunlar bir az üzücü oldu. Amma bu, futboldur, belə hallar olur. "Neftçi" və "Qarabağ"a uğurlar arzu edirəm. İnanırıq ki, bizi sevindirərlər".
Qol.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.
O, yeni mövsümdə maraqlı çempionat gözlədiyini bildirib: "Bəzən klub rəhbərləri, baş məşqçilər çempionatın zəif olduğunu deyirlər. Belədirsə, "Qarabağ" avrokuboklarda necə uğur qazanır, çempionluq yarışı necə son turadək davam edir? Gərək, əvvəlcə özlərində səhv axtarsınlar".
Musayevin sözlərinə görə, komandalar avrokuboklarda uğurlu çıxış üçün daha tez hazırlaşmalıdırlar: "Bəzən komandaya yeni gələn futbolçu öz baş məşqçisinin adını bilmir. Avrokubok mövsümünə qışda hazırlaşmaq lazımdır ki, sonra başqasında günah axtarmasınlar. Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil. "Neftçi" və "Qarabağ"ı ruhdan salmaq olmaz. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanarlar".
Qurum rəhbəri jurnalistlərin həftə sonları ictimai nəqliyyatın işləməməsi səbəbindən çempionat oyunlarına getməklə bağlı üzləşdiyi çətinliklərə də toxunub: "Klub rəhbərləri jurnalistlərin zəhmətini dəyərləndirib, nəqliyyatla bağlı onlara köməklik göstərməlidir. Onlar yardım etməsə, biz edə bilərik".
Musayev çempionatdakı komanda sayının azlığının onları da narahat etdiyini deyib: "Hər dəfə bu sualı verirsiz. Sponsor varsa, çağırın gəlsin. Bizim özümüzün də sponsorumuz yoxdur. Gərək, hamımız çəkiçi eyni yerə vuraq. Bu gün heç kim AFFA və PFL-i qınamasın. Gələn yoxdur, nə edə bilərik?".
PFL prezidenti yeni əsasnamədə bəzi dəyişikliklərin olduğunu da vurğulayıb(report).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı