AEL-in baş məşqçisi “Qarabağ”dan danışdı

AEL-in baş məşqçisi “Qarabağ”dan danışdı
ÖLKƏ FUTBOLU 30 İyul 2021 / 10:11 5346
-  A +

"Qarabağ" “Vlajniya”dan güclüdür. Onlar fərqli komandadır”.

Qol.az xəbər verir ki, bu sözləri Kiprin AEL (Limassol) klubunun baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Vlajniya”ya qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

Bosniyalı mütəxəssis 3-cü mərhələdəki rəqibləri “Qarabağ” haqda danışarkən turu keçəcəklərinə inandığını bildirib: “Oyunu səbrsizliklə gözləyirik. Cütün taleyi iki oyunda həll olunur. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram".

Qeyd edək ki, "Qarabağ" AEL-lə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də Bakıda keçirəcək.

Daha çox


Son xəbərlər