"Oyuna yuxulu şəkildə başlamışdıq" - "Aşdod"un futbolçusu

"Oyuna yuxulu şəkildə başlamışdıq" -  "Aşdod"un futbolçusu
ÖLKƏ FUTBOLU 30 İyul 2021 / 09:26 2613
-  A +

"Qarabağ"ıın Konfrans Liqasnın 2-ci təsnifat mərhələsində qalib gəldiyi "Aşdod"un futbolçusu Yoav Gerafi Ağdam təmsilçisi ilə İsraildə keçirdikləri cavab matçı haqqında danışıb.

Qol.az xəbər verir ki, təmsilçimiz bu komanda ilə Bakıdakı görüşdə 0:0 hesablı heç-heçə etsə də, səfərdə 1:0 hesabı ilə qalib gəlib. 28 yaşlı qolkiper isə məğlubiyyəti belə şərh edib:

"Oyuna yuxulu şəkildə başlamağımız təəssüf doğurur. Lazımsız qol buraxdıq. Bu, qarşılaşmanın sonunda bizə baha başa gəldi. Onları keçə biləcəyimiz barədə nikbin düşünürdük. İlk qarşılaşmadan sonra rəqibin qorxunc olmadığını gördük. Heyət çox gəncdir. Bəzi futbolçular avrokubokda ilk oyunlarına çıxdı. Bu mövsüm daha yaxşı komanda olacağımıza inanıram".

Qeyd edək ki, "Qarabağ"ın 3-cü təsnifat mərhələsindəki rəqibi AEL (Kipr) olacaq.

Daha çox


Son xəbərlər