"Meydan amili və azarkeşlər üstünlüyümüzdür. Çalışacağıq ki, azarkeşləri sevindirək".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiya "Çukariçki"sinə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, ev matçında dəyişiklik olması gözlənilir: "Ola da bilər, olmaya da. Oyunçularımızın durumu da önəmlidir. Futbolçularımız hələ tam hazır deyillər. Zədəlilərimizin olmaması sevindiricidir".
Onun sözlərinə görə, Serbiyadakı ilk qarşılaşmada sırf müüdafiə olunmaq istəmirdilər: "Bizi buna rəqib məcbur etdi. Çox üstümüzə gəldilər. Xüsusən sol cinahdan. Rəqibin üstün tərəflərinə toxunmuşduq. Elə futbolçuları var ki, konsentrasiyamızı itirsək, nəticəyə təsir edəcək gücdədirlər. Hər kəsə şans verə bilərik. Çalışacağıq ki, bu rəqabət davam etsin. Futbolçuların inkişafı üçün onların rahatlığını təmin etməliyik.".
Abbasov bu cür turnirlərdə hər şeyi fikirləşməli olduqlarını vurğulayıb: "Sırf oyunu əlavə vaxta aparmağa yox, öz çıxışımıza köklənmişik. Hücumda Əli Qurbani ilə yanaşı, Xəzər Mahmudova da şans verməyi düşünürük. Komanda şəklində hücumda olmağı planlaşdırırıq".
"Sumqayıt"ın transfer siyasətinə də toxunan baş məşqçi bəzi futbolçuları ala bilməmələrinin büdcə ilə bağlı olduğunu deyib: "İlk dəfədir ki, heyətin çox hissəsini saxladıq. İstəyirik ki, "Sumqayıt"a heç kim tramplin kimi baxmasın. Ötən illərə nisbətən heyətin özəyini qoruduq. İndi isə daha da güclənmək istəyirik. Çempionat uzun marafondur, yenə futbolçular lazım olacaq".
O, mərhələ keçmək barədə rəhbərliklə danışmadığını əlavə edib: "Məqsəd qoyulmayıb ki, turu keçsəniz, oyunçu alınacaq. Gələcək planlar barədə də düşünürük. Mərhələ keçsək, klubumuz üçün böyük üstünlük olacaq".
Abbasov rəqib futbolçuların açıqlamalarına da münasibət bildirib: "Hər deyilənə cavab versək, düzgün olmaz. Mən oyunu təhlil etmişəm. Üstünlük onlarda olsa da, yüzfaizıik qol epizodları olmadı. Hücum planında istəyimizi edə bilmədik. Bunun da müxtəlif səbəbləri var. Mən də futbolçularıma bildirmişəm ki, turu keçmək gücümüz var. Məncə, öz oyunumuzu göstərə bilsək, mərhələ keçə bilərik".
Qeyd edək ki, iyulun 29-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Çukariçki" oyunu saat 20:00-da başlayacaq. İlk görüşdə hesab açılmayıb (Report).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı