"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Çukariçki"nin futbolçusu Miladin Stevanoviç Azərbaycan təmsilçisi ilə Sumqayıtda keçirəcəkləri cavab matçı barədə danışıb.
Qol.az xəbər verir ki, o, klubun saytına açıqlamasında ilk oyunda evdə 0:0 hesablı nəticə qazanmaqlarının səfər görüşünə üstün tərəf kimi başlamalarına mane olduğunu bildirib:
"İlk oyunda yaxşı oynadıq, amma heç bir üstünlük qazana bilmədik. Hər şey lazım olduğu kimi idi. Lakin bəzi şeyləri həyata keçirə bilmədik. Rəqibin qapısına 1-2 qol vurmaq əskik idi. Düşünürəm ki, qələbəyə layiq idik. İnanırıq ki, Azərbaycandakı oyunda hər şey bizim istədiyimiz kimi olacaq".
25 yaşlı müdafiəçi oyunun Sumqayıtda keçirilməsinə baxmayaraq, təmsilçimiz üçün çətin matç olacağını deyib: "Rəqib Belqrada belə bir nəticə üçün gəlmişdi və istəyinə çatdı. Ancaq düşünürəm ki, indi matç onlar üçün daha çətin keçəcək. Çünki qarşılarında da təzyiq olacaq. Bizim üçün heç bir problem olmamalıdır. Nə iqlim şəraiti, nə də səfər məsafəsi, nə də digər cəhətdən problemlər olmalıdır. Bizim daha keyfiyyətli olduğumuzu düşünürəm".
Stevanoviç növbəti mərələdəki rəqibləri haqda düşünmədiklərini və hazırda yalnız "Sumqayıt"la oyuna kökləndiklərini də söyləyib: "Əlbəttə ki, səbirli olacağıq, amma hər mübarizəyə güclü bir istəklə girməliyik. Bir qol bizdən çox şey ala bilər və bizə ya qazandıra bilər. Çox çətin bir matç gözləyirəm. Əsas hədəf növbəti tura keçməkdir. Bu. bəlkə də əlavə vaxtdan sonra, bəlkə də penaltilər seriyasından sonra olacaq. Baxmayaraq ki, bu, çox stresli olacaq".
Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı