"Neftçi" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qol.az xəbər verir ki, Bakı klubu evdə "Olimpiakos"u (Yunanıstan) qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə "Neftçi" 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında Yunanıstanda oynanılan ilk görüşdə də eyni hesabla uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Samir Abasovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni davam etdirəcək. "Neftçi" burada HİK-lə (Finlandiya) görüşəcək. Bakı təmsilçisi ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.
"Olimpiakos" isə ÇL-in 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək
28 iyul
21:00. "Neftçi" - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: Masuras,15
İlk oyun - 0:1
Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Yon Nunyes, Adrian Kordero (İspaniya)
"Bakcell Arena"
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı