"İlk matçdan sonra komanda özünü rahat, yaxşı hiss edir. İnam daha da çoxalıb".
Qol.az xəbər verir ki, bu sözləri"Neftçi"nin futbolçusu Sabir Buqrin Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
Belçikalı yarımmüdafiəıçi bildirib ki, ilk matçda məğlubiyyətə layiq deyildilər: "Özümüzə güvənirik. İnanırıq ki, sabah yaxşı nəticə qazanacağıq. Bizi maraqlı oyun gözləyir".
25 yaşlı oyunçu "Olimpiakos"u yaxşı analiz etdiklərini söyləyib: "İlk oyunda "Olimpiakos"un zəif çıxışının səbəbi biz ola bilərik. Rəqibi yaxşı analiz etmişik. Sabah elə etməliyik ki, onlar bizim oyuna adaptasiya olsunlar".
Buqrin ilk matçdan sonra ayağında ağrı olduğunu vurğulayıb: "Hazırda özümü yaxşı hiss edirəm. Matça tam hazıram. Ağrı olsa da, olmasa da yüz faiz gücümü ortaya qoymağa, komandama kömək etməyə çalışacağam".
Yarımmüdafiəçi meydanda öz oyunlarını göstərəcəklərini deyib: "İlk oyunda hücumda daha effektiv olsaydıq, uduzmazdıq. Sabah yalnız öz oyunumuz barədə düşünəcəyik".
Buqrin Sezar Meza Kollinin gəlişinin oyununa mənfi təsir etmədiyini bildirib: "Meza Kollinin gəlişindən sonra özümü meydanda daha rahat hiss edirəm. Bir-birimizi yaxşı başa düşürük. Sadəcə, ötən mövsümün sonundakı formamda olmadığım üçün oyunum tam alınmır".
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub. (Report)
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı