Mahir oynadı, "Legiya" növbəti mərhələyə çıxdı

Mahir oynadı, "Legiya" növbəti mərhələyə çıxdı
ÖLKƏ FUTBOLU 27 İyul 2021 / 21:55 8170
-  A +

Millimizin oyunçusu Mahir Emrelinin də çıxış etdiyi "Legiya" (Polşa, Varşava) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Flora" ilə Estoniyada cavab oyunu keçirib.

Qol.az xəbər verir ki, oyunçumuz bu matça əsas heyətdə çıxıb. Lakin 24 yaşlı hücumçu 70-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Varşava təmsilçisi görüşdə 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda da rəqibini 2:1 hesabı ilə məğlub edən "Legiya" növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, "Legiya" 3-cü təsnifat mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə qarşılaşacaq.

20:00. "Flora" - "Legiya" - 0:1
Qol:
Rafael Lopes, 67

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

topaz banner