“İlk oyunda olduğu kimi, bu dəfə də çətinliklərə hazırıq. Asan oyun olmayacaq. Amma yenə qələbə qazanmağa çalışacağıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Olimpiakos”un futbolçusu Matye Valbuena Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab görüşü öncəsi təşkil edilən mətbuat konfransında deyib.
37 yaşlı yarımmüdafiəçi əvvəlcə Yunanıstandakı oyunda zəif çıxış etmələrinin səbəbini açıqlayıb: "Bəzi oyunçularımız iştirak etmədiyi üçün Yunanıstanda çətinliklərlə üzləşdik. Bunu da gözləyirdik. Ancaq yenə də addım-addım irəliləmək və Çempionlar Liqasında məqsədimizə çatmaq istəyirik.
Əlimizdən gələni edəcəyik. Bütün komanda şəklində oyuna yaxşı hazırlaşmışıq və qələbə qazanmağa köklənəcəyik."
Fransa millisinin sabiq üzvü sürpriz nəticəyə imkan verməyəcəklərini bildirib: "Bəzi problemlərimiz oldu. Amma bunu bir saniyə də ağlımızdan keçirmirik. Oyun çətin olacaq. Ancaq biz öz proqramımız üzrə hərəkət edirik".
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlayacaq. "Olimpiakos" Yunanıstandakı ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"