"Qarabağ" rəqibin müdafiəsini yarmaq üçün çox səy göstərdi. Amma öhdəsindən gələ bilmədi”.
Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, Konfrans Liqasının ikinci mərhələsinin “Qarabağ” – “Aşdod” (İsrail) oyununu (0:0) şərh edərkən bildirib ki, Maksim Medvedevin qırmızı vərəqə alması yaxşı hal olmayıb: "Qarabağ"ın yeni keyfiyyətli futbolçulara ehtiyacı var. Amma hələ ki, onları görə bilmirik. Digər tərəfdən Ozobiçin qayıdışı komandanı önə oynamasına dəlalət edir, hücumlara daha tez çıxa bilirlər, bunun da nümunələrini gördük. "Qarabağ"ın əsas qol imkanlarını yerinə yetirmək sarıdan problemləri oldu. Bu da onu göstərir ki, komandanın güclü hücumçuya ehtiyacı var. Ramil Şeydayevi transfer ediblər. Bu, uzunmüddətli perspektivə hesablanıb. Baş məşqçinin dediyi kimi, fiziki olaraq tam hazır deyil. Təbii ki, məşqlərdə bunu görürlər ki, futbolçunun hazırlıq səviyyəsi nə qədərdir. Böyük uğurlara nail olmaq istəyirsənsə, qısa zaman kəsiyində güclü hücumçu transfer etmək lazımdır. Komandanın buna ehtiyac olduğu görünür. Bu azmış kimi Maksimin qırmızı vərəqə alması cavab görüşündə müdafiədə problemlər yaradacaq. Düzdür, işləri çətin olsa da, "Aşdod" elə də böyük komanda deyil. Bu, mənim şəxsi fikrimdir. "Qarabağ" əslində dəfələrlə oturuşmuş müdafiəsi olan komandalara qollar vurub. Sadəcə olaraq, yarışa tam hazır olmadıqları bir az hiss olunur. Bəlkə də bu, psixoloji problemlərdir. Amma zamanla aradan qalxacaq”.
Təcrübəli mütəxəssis hər iki komandanın şanslarını dəyərləndirib. Onun fikrincə, "Qarabağ" açıq-aşkar üstün tərəfdir: “Həm maddi baxımdan, həm də futbolçularının səviyyəsinə görə "Aşdod"du geridə qoyur. Bizdəki legionerlərin hazırlıq səviyyəsi onlardan üstündür. Bundan başqa, topa sahib olmada, ötürmələrdə, keçidlərdə, texniki elementlərdə "Qarabağ" rəqibindən üstündür”.
A.Kərimov Konfrans Liqasında mübarizə aparan “Keşlə”nin “Soşi”ni keçmək şanslarının isə aşağı olduğunu vurğulayıb: “İlk oyundan sonra onu deyə bilərəm ki, çoxsaylı top itkiləri oldu, hətta 3 yox, 5 qol da buraxa bilərdik. Komandaya qapıçı və dirəklər kömək etdi. İlk oyunda təcrübəsizlik və hazırlıq səviyyəsinin aşağı olmasına görə məğlub olduq. Oyunda 2 futbolçumuz toqquşur, rəqib gəlib topu götürüb gedir. Belə hallar baş verdi. Bu, komandanın oyuna köklənə bilmədiyini göstərir. Bakıda rəqibə 3 qol vurmaq çətin olacaq. "Soçi" sıradan bir rəqib deyil”.
"Sumqayıt" - “Çukariçki” (Serbiya) cütlüyü haqda da fikirlərini açıqlayan A.Kərimov Ayxan Abbasovun komandasının sabit oyunu Konfrans Liqasında da göstərdiyini söyləyib: “Bizim seçdiyimiz strategiya daha üstün idi. "Sumqayıt"ın qapısına yol tapmaq üçün rəqib futbolçular fərdi ustalığa önəm verirdi. Lakin komanda oyununa gəldikdə "Sumqayıt" rəqibini qabaqlayırdı. Serblərin yaxşı oyunçuları, sağ cinahdan hər an təhlükə yarada biləcək futbolçuları var. 10 nömrəli futbolçuları daha çox aktiv idi, keçidləri, ötürmələri ilə yadda qaldı. Buradakı oyunda qəti şəkildə deyə bilmərik ki, "Sumqayıt" rəqibini keçəcək. Şanslar bərabərdir. Bununla yanaşı görüşün evdə olması tamam başqa ab-hava yaradacaq. "Sumqayıt" daha çox öndə oynamalı olacaq. Hesab edirəm ki, "Sumqayıt" rəqibin əks hücumlarına hazır olsa, bir o qədər xeyrimizə olacaq”.
“Neftçi" qol imkanlarından istifadə edə bilmirsə, avrokuboklarda çox uzağa gedə bilməyəcək”
O, sonda "Neftçi"nin Çempionlar Liqasında "Olimpiakos"a minimal hesablı məğlubiyyətindən (0:1) də danışıb: “Məncə, bir çoxları oyunun belə keçəcəyini düşünmürdü. Oyundan əvvəl də demişdim ki, əslində "Neftçi" konsentrasiyasını qoruyub saxlaya bilsə, qol imkanları olacaq. Belə səviyyəli matçlarda yüz faizlik qol imkanlarından istifadə etməlisən. İki qol imkanın varsa, bundan istifadə edə bilmirsənsə, avrokuboklarda çox uzağa gedə bilməyəcəksən. Çünki rəqib sənin qapının ağzında yaranan qol imkanlarından rahatlıqla istifadə edəcək. Biz bunun şahidi olduq ki, "Olimpiakos" əlinə düşən fürsətdən layiqincə yararlandı. Düzdür, "Neftçi"nin də imkanları var idi ki, əks hücumlar zamanı fərqlənsin. Namiq təkbətək qaldığı epizodda qol vurmalı idi. Bundan başqa rəqibə qırmızı vərəqə aldırdıq desək, yanılmarıq. Əlbəttə , “Neftçi"nin mərhələni keçmək şansı var. Düşünürəm ki, boşluqları görüb aradan qaldıracaqlar. Ən azı şansların bərabər oduğunu deyə bilərəm. İlk oyunda məğlub olsaq da, bu, son deyil”.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi
“Qarabağ”lı futbolçunun atası vəfat edib
Səfər qollarına görə rekorda imza atdılar
"Neftçi" - "Qarabağ": Heyətlər
"İnter" aşağı liqaya düşə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
Yamal bu göstəricidə Ronaldonu geridə qoydu
“Hələ də inana bilmirəm ki, çempion olmuşam"
"Şamaxı" - "Kəpəz": Heyətlər açıqlandı
Fransada elitaya yüksələn ilk komanda
Qazyumov ilin ən yaxşı məşqçisi seçildi
Səfər oyununa hələ belə gedən olmamışdı - Video
Üç boksçumuz finala yüksəldi, biri "bürünc" qazandı
Nərimanın komandası qalib gəldi, özü ehtiyatda qaldı
İtaliyada hakimlərin rəhbəri istefa verdi
Vüsal oynadı, komandası səfərdə uduzdu
Finalda rəqibinə kəllə ilə elə zərbə vurdu ki… - Video
Asiya Çempionlar Liqasının qalibi bilindi
“Arsenal” və “Tottenhem”dən qələbə
Azərbaycan güləşçisi Avropa çempionu oldu
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi