Ceydon Sanço rəsmən "Mançester Yunayted"də

Ceydon Sanço rəsmən "Mançester Yunayted"də
ÖLKƏ FUTBOLU 23 İyul 2021 / 16:24 2640
-  A +

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Dortmund “Borussiya”sından Ceydon Sançonun keçidini rəsmiləşdirib.

21 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanamyıb. Ancaq Almaniya mətbuatı “Mançester Yunayted” ingilis yarımmüdafiəçi üçün “Borussiya”ya 95 milyon avro ödəyəcəyini yazıb.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"