Rauf Cabbarov Konfrans Liqasında 8 sarı vərəqə göstərdi

Rauf Cabbarov Konfrans Liqasında 8 sarı vərəqə göstərdi
ÖLKƏ FUTBOLU 23 İyul 2021 / 12:58 151935
-  A +

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Konfrans Liqasının oyununu idarə edib.

Qol.az xəbər verir ki, onun rəhbərlik etdiyi hakimlər briqadası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən  "Teuta" (Albaniya) - "İnter" (Andorra) matçında iştirak ediblər.

Oyun Andorra təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0. Cabbarov bu oyunda 8 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. O, hər komandadan 4 oyunçuya rəsmi xəbərdarlıq edib.

Rauf Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edib. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirib.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

topaz banner