UEFA reytinqində xalımız artdı

 UEFA reytinqində xalımız artdı
ÖLKƏ FUTBOLU 23 İyul 2021 / 10:58 3998
-  A +

Avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, Konfrans Liqasında "Aşdod"la (İsrail) Bakıda heç-heçə (0:0) edən “Qarabağ” ölkəmizin aktivinə daha 0,125 xal qazandırıb.

Mövqeyi dəyişməyən Azərbaycan son beş mövsümün hesablamalarına əsasən 13,375 xalla 29-cu sıradakı yerini qoruyub.

Qazaxıstan 13,750 xalla 28-ci, Polşa isə 13,000 xalla 30-cu yerdədir.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki qələbələrə görə "Neftçi" 0,500, Konfrans Liqasında "Çukariçki" ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə "Sumqayıt" ölkəmizə 0,125 xal qazandırıb. Beləliklə, bu mövsüm Azərbaycanın qazancı 0,750-yə çatıb.

Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi