“Komandamı, xüsusən də, müdafiəçilərimizi qeyd etmək istəyirəm. Yaxşı müdafiə olunduq".
Qol.az xəbər verir ki, bu sözləri “Aşdod”un baş məşqçisi Ran Ben Şimon Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.
- Cavab oyununa 0:0-la başlayacağıq. Ümidimizi davam etdiririk. Təəssüf ki, meydançanın durumu çox pis idi. Amma güclü komandaya qarşı oynayırdıq.
- "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- "Qarabağ"ın ötən mövsüm "Makkabi" ilə oyunlarını, həmçinin Avstriya toplanışındakı yoxlama görüşlərini izləmişəm. Rəqib yaxşı futbol oynasa da, müdafiə xəttimizi yara bilmədi. Ümid edirəm ki, bu mübarizəni İsraildə də davam etdirəcəyik.
- İsraildə də meydançaların vəziyyəti belədir?
- İsraildə meydançalar bundan daha yüksək səviyyədədir.
- Cavab matçında kim daha çox risk edəcək?
- Bu matçdan sonra şanslar yarı-yarıyadır. "Qarabağ"ın keyfiyyətini də nəzərə almaq lazımdır. Nəticənin necə olacağını biz yox, Allah bilir.
- Bu nəticəni sizin üçün sərfəli saymaq olar?
- İstənilən dəyişiklik yenilik gətirir. Bu gün daha çox müdafiəyəmeyilli oynadıq. Amma cavab görüşündə hər iki tərəf hücum oyunu göstərəcək. Bu gün rəqib 10 nəfərlə qaldıqdan sonra hücum barədə düşündük. 14 ildən sonra yenidən avrokuboklarda oynayırıq. Getdikcə daha yaxşı oynayacağımıza əminəm.
- Ot örtüyü ideal vəziyyətdə olsaydı, "Aşdod" daha yaxşı futbol oynayardı?
- Əminəm ki, meydançanın durumu hər iki komandanın oyun keyfiyyətinə təsiri oldu.
- Oyundan sonra birbaşa meydançaya futbolçulara tərəf getdiniz. Halbuki Qurban Qurbanov sizinlə görüşmək üçün gəlirdi. Bu sizdə adətdir?
- Qurban Qurbanovun həm futbolçu, həm də məşqçi karyerasına bələdəm. Onu böyük məşqçi sayıram. Ola bilər ki, həmin anda görməmişəm. Mətbuat konfransında onunla görüşməyə çalışacağam. Bakıdakı qonaqpərvərliyə görə təşəkkür edirəm.
- Müharibə dönəmində İsrail Azərbaycana dəstək verdi. "Qarabağ" yaxın zamanda Ağdamda futbol oynayacaq. "Aşdod" Ağdamda "Qarabağ"la yoldaşlıq görüşü keçirməyə razılıq verərmi?
- Mən idmanı təmsil edirəm və sülhün tərəfdarıyam. İstəyərəm ki, "Qarabağ" doğma stadionunda oynasın. Amma idmanla siyasəti qarışdırmağın tərəfdarı deyiləm.(apasport)
Qattuzodan qələbə şərhi
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı