“Soçi" çox yaxşı komandadır. Onları püşkdən sonrakı müddət ərzində təhlil etmişik”.
Bu sözləri Qol.az-a açıqlamasında “Keşlə” klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev bu gün Konfrans Liqasının ikinci mərhələsində Rusiyanın “Soçi” klubu ilə oyunla bağlı bildirib. O, rəqibin kimliyindən aslı olmayaraq, özlərinə güvəndiyini vurğulayıb: “Onların oyunlarını izləmişik, taktiki gedişlərini müəyyən qədər bilirik. Axşamkı oyunu səbirsizliklə gözləyirik. Hətta deyərdim, bir neçə gündür, bu oyunu gözləyirik. Oyuna çox ciddi hazırlaşmışıq. Bura yalnız bir məqsəd - qələbə üçün gəlmişik. İnşallah, bütün komandaya, özümə güvənirəm, qələbə qazanarıq”.
R.Hacıyev komanda daxilində atmosferin yüksək səviyyədə olduğunu deyib: “Komandada ab-hava yüksək səviyyədədir, hər şey qaydasındadır. Uşaqlar yaxşı əhval-ruhiyyədədir. Heç bir futbolçumuzun zədəsi belə yoxdur. Amma vərəqə üzündən iki itkimiz var. Şəhriyar Əliyev və Anatoli Abanq iştirak edə bilməyəcək. Bizə çox dəstək olurlar, hər gün əlaqə saxlayırıq, ruh yüksəkliyi verirlər. İnşallah, komandamızın birliyi, əzmi qələbə qazanmağımıza kömək olacaq”.
Xatırladaq ki, “Soçi” – “Keşlə” matçı Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"