Namiq Ələsgərovdan paylaşım

Namiq Ələsgərovdan paylaşım
ÖLKƏ FUTBOLU 22 İyul 2021 / 11:17 4707
-  A +

"Neftçi"nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"la matçda (0:1) zədələnən futbolçusu Namiq Ələsgərov hazırkı durumu ilə bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi öz İnstaqram hesabında fotosunu paylaşaraq vəziyyətinin yaxşı olduğunu bildirib: "Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm".

Qeyd edək ki, görüşün 43-cü dəqiqəsində rəqib futbolçusu Medi Kamara Namiqə qarşı kobud oynayıb. Burnundən zədə alan "Neftçi"nin qol "silah"ı meydanı qan içində tərk edib. Onu Mirabdulla Abbasov əvəzləyib. "Olimpiakos"un qolunun müəllif olan Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. Namiqin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.

Daha çox


Son xəbərlər