Çempionlar Liqasının yeni mövsümündə keçirilən 3 matçdan sonra ən yaxşı statistik göstəriciləri olan futbolçuların adları açıqlanıb.
Qol.az xəbər verir ki, 1-ci yerdə "Buduçnost"un (Monteneqro) futbolçusu Miloş Raiçkoviçdir. O, bu oyunlarda rəqib qapısına toplam 6 dəqiq zərbə vurub.
Azərbaycan millisinin üzvü, "Legiya"da (Polşa, Varşava) çıxış edən Mahir Emreli 2-ci yerdədir. O, 5 dəfə çərçivəyə dəqiq zərbə vurub. Bunlardan 2-si qolla nəticələnib. Mahirin zərbələrindən yalnız 1-i qapıya tərəf getməyib.
"3-lüy"u "Neftçi"nin futbolçusu Sabir Buqrin bağlayır. 25 yaşlı yarımmüdafiəçi qapıya 4 dəqiq zərbə vurub. O, 4 dəfə isə çərçivəyə düşə bilməyib.
Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"a səfərdə 0:1 hesabı ilə uduzub. Komandalar arasında cavab qarşılaşması iyulun 28-i Bakıda olacaq. "Legiya" isə "Flora" ilə ilk oyunda evdə 2:1 hesablı qələbə qazanıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"