"Sabah"ın baş məşqçisi Ramin Quliyev Gürcüstan toplanışında yerli "Şukura"ya qalib gəldikləri (1:0) yoxlama oyunundan sonra klubun saytına açıqlama verib.
Qol.az xəbər verir ki, o, həm təlim-məşq toplanışını dəyərləndirib, həm də son oyunla bağlı fikirlərini bildirib:
“Növbəti mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçdik. İyulun 15-dən Tbilisidə təlim-məşq toplanışındayıq. Hazırlığın ilk mərhələsində daha çox oyunçuların fiziki hazırlığının yaxşılaşdırılması istiqamətində çalışdıq. Tbilisi toplanışında isə fiziki hazırlıqla yanaşı, taktiki məşqlərə də üstünlük verir və yeni futbolçuları komandanın oyun üslubuna uğunlaşdırmağa çalışırıq. Burda 4 oyun keçirməyi nəzərdə tutmuşuq. Artıq bu oyunlardan biri, “Şukura” ilə matç geridə qaldı. Oyun baxımından xeyli artıracağımız komponentlər var. Bundan əlavə, deyə bilərəm ki, hələ komandanın tam formalaşmasını başa vurmamışıq.
Qeyd edim ki, bu toplanışa xeyli gənc futbolçunu da cəlb etmişik. Bu, onlar üçün özlərini yaxşı tərəfdən göstərib, əsas komandanın daimi üzvünə çevrilmək baxımından yaxşı şansdır. Hələ ki, çempionat başlayana qədər vaxtımız var. Bu vaxtdan səmərəli istifadə edib, həm öz oyunumuzu təkmilləşdirməyə, həm də səhvlərimiz üzərində işləməyə davam edəcəyik”.
Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində növbəti oyununu yerli “Samqurali” klubuna qarşı keçirəcək. Matç iyulun 23-də, “Zestafoni” təlim-məşq bazasının stadionunda keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"