"Onlara qarşı hazırlıqlı gəlmişik" - Ayxan Abbasov

"Onlara qarşı hazırlıqlı gəlmişik" - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 21 İyul 2021 / 00:14 1786
-  A +

“Sabah bizi Serbiyada Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Çukariçki” ilə olduqca vacib oyun gözləyir. Belqrada yüksək əhval-ruhiyyə ilə gəlmişik. “Çukariçki” ilə oyun avrokuboklarda bizim ikinci sınağımız olacaq. Klubumuzun tarixində Avropa səviyyəli turnirdə ilk səfər oyunumuzu keçirəcəyik".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Çukariçki" (Serbiya) ilə keçirəcəkləri ilk matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, görüş haqqında fikirlərini bölüşüb:

"Rəqibimizə gəlincə, onlar da bizim kimi öz çempionatlarını arxada qalan mövsümdə 3-cü pillədə başa vurub. Ötən müddət ərzində onları az-çox tanımaq imkanımız olub. Təlim-məşq toplanışı dövründə keçirdikləri yoxlama oyunlarını və Serbiya çempionatının ilk turunda “Vojdovats” ilə qarşılaşmanı izləmək imkanımız olub. Çempionatda ilk turda üstün performans göstərərək, əzmkar qələbə qazanıblar. Rəqib futbolçular bir-birlərini yaxşı başa düşürlər, bu da 2-3 il birlikdə oynamalarından irəli gəlir. “Çukariçki”nin heyətində fərdi oyunu ilə seçilən futbolçular da var ki, onlara qarşı hazırlıqlı gəlmişik. Ötən il ilk avrokubok oyunumuzu evdə keçirsək də, məlum səbəblərə görə həmin matç azarkeşsiz keçirilmişdi. Şükürlər olsun ki, azarkeşlərimizin stadionlara gəlməsinə icazə verildi. Ümid edirəm ki, bir həftə sonra cavab oyununa azarkeşlərimizin qarşısına yaxşı nəticə ilə çıxacağıq”.

Qeyd edək ki, sabah Belqradda keçiriləcək oyun Bakı vaxtı ilə 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 29-u "Sumqayıt"da olacaq.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

topaz banner