“Meydançaya girəndə klubun böyüklüyü, əzəməti göründü. Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm".
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında deyib.
O, sabahkı səfər matçının komandası üçün böyük bir təcrübə olacağını bildirib: "Olimpiakos" bu cür turnirlərdə mütəmadi iştirak edib, buna alışıb. Bizi çətin oyun gözləyir. Böyük təcrübəyə malik və keyfiyyətli futbolçulara malik komandaya qarşı oynayacağıq. Amma biz özümüz də həddən artıq rahatıq. "Dinamo" ilə oyundan fərqli olaraq, artıq özümüzə gəlməyə başlamışıq. Uzun müddət idi ki, bu turnirdən kənarda idik. Sabahkı görüşdən asılı olmayaraq, bu böyük təcrübədir. Bundan sonrakı mərhələlərdə də təxminən bu səviyyədə komanda ilə qarşılaşacağıq. İki oyundan ibarət oyundur. Matçın hansı ssenaridə keçəcəyini hamımız ehtimal edirik. Bu cür görüşdə rəqibin sənin qarşına çıxaracağı oyun önəmlidir. Bunlara hazır olmaq üçün psixoloji hazırlıq qaydasında olmalıdır. İnanıram ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, sabah keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"