“Qarşıda çox çətin oyunlar olacaq. Əvvəlcə sabahkı matç, sonra Azərbaycandakı”.
Qol.az xəbər verir ki, bu sözləri Serbiyanın “Çukariçki” klubunun kapitanı Marko Doçiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Symqayıt"la sabahkı oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, meydana çıxmasını səbirsizliklə gözlədiyini qeyd edib: “Rəqib çox intizamlı komandadır. Arxa xətdə 5 oyunçu ilə təşkilatlanmış müdafiəyə malikdir. Əks-hücumlarda çox sürətli və təhlükəli futbolçuları var. Səbirsizliklə meydana çıxmağımızı gözləyirəm. Bizə azarkeşlərin dəstəyi lazımdır. Ona görə fanatları matça çağırıram ki, bizə dəstək olsunlar".
29 yaşlı yarımmüdafiəçi rəqibi yaxşı təhlil etdiklərini bildirib: “Ümid edirəm ki, tarixi uğura imza atıb 3-cü tura yüksələcəyik. Bu klubun yeni tarixində ən böyük uğurlardan biri olar. Hesab edirəm ki, ilk oyunu evdə keçirmək üstünlükdür. Müsbət nəticə qazansaq, səfərdə işimiz yüngül olacaq. Klubda hər kəs fərdi qaydada rəqib barədə məlumat toplamağa çalışırdı. Azərbaycanda çalışan və ya ora ilə bağlılığı olmuş hər məşqçi və oyunçu ilə əlaqə saxlamışıq. Məhz onlardan öyrəndiklərimiz üzərində çalışmışıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"