“Biz azarkeşlərdən böyük dəstək gözləyirik. Ümid edirik ki, dolu tribunalar önündə növbəti mərhələyə doğru addım ata bilərik”.
Qol.az xəbər verir ki, bu sözləri Serbiyanın “Çukariçki” klubunun məşqçisi Pavle Delibaşiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt”la ilk oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Heyətlərindən razılığını bildirən mütəxəssis avrokuboklarda səfər qolu üstünlüyününü ləğv edilməsinə sevindiyini bildirib: “Bu mövsüm klubun iddiaları böyükdür. Çalışacağıq ki, qrup mərhələsinə düşək. Amma öncə “Sumqayıt” barədə düşünürük. Əla heyətimiz var. Hətta hər mövqeyə iki oyunçunun olması kimi xoşagələn rəqabətə malikik. Səfər qolunun ləğvi əla qərardır. Bu, bizə ilk oyunda tələsməmək imlanı verir. Çünki bizə Azərbaycanda cavab qarşılaşması gözləyir”.
Baş məşqçi Duşan Corceviçin köməkçisi qeyd edib ki, öz oyunlarını oynasalar, mütləq "Sumqayıt"a qalib gələcəklər: “Meydana həmin an üçün ən yaxşılar çıxacaq. Gənc və ya yaşlının fərqi yoxdur. Biz digər məqamlara üstünlük veririk. Rəqib barədə məlumat toplamaq çox çətin idi. Onların yoxlama oyunları barədə nə isə əldə etməkdə çətinlik çəkdik. Əsasən ötən mövsümün kadrları var. Amma bilirik ki, bu komanda çox yaxşı çıxış edir, intizamla müdafiə olunur. Superliqada “Vojdovats”a qalib gəlsək də, rəqibin qırmızı vərəqə almasına üzüldük. Çünki onlar tam heyətlə olanda “Sumqayıt” kimi oynayır və bizim üçün yaxşı məşq idi. Öz oyunumuzu oynaya bilsək, qələbəyə şübhə belə ola bilməz. “Vojdovats”la görüşdə hazırlaşdığımız kimi oynamadıq. Düşünürəm ki, sabah düzgün oyun göstərəcəyik”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"