“Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edirik. Hər cəhətdən hazırıq. Futbolçularımız da gündən-günə fiziki cəhətdən daha hazırlıqlı durumda olurlar. Hər şey qaydasındadır, hazırlığımız plan üzrə getdi. "Neftçi" ilə matça hazırıq".
Qol.az xəbər verir ki, bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunöncəsi mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis uzun müddətdən sonra azarkeşlər önündə çıxış edəcəkləri üçün şad olduqlarını bildirib: "Bu, bizim üçün çox sevindiricidir. Bir ildən çox idi ki, azarkeşsiz oynayırdıq. Bu da futbolçuları motivasiyadan salırdı. Sabahkı oyunda onların iştirakı çox vacibdir. Bunda köməyi olan hər kəsə təşəkkür edirik".
Pedro Martins "Neftçi"nin oyununu təhlil etdiklərini bildirib: "Öz oyunçularımıza çox güvənirik. Amma bu o demək deyil ki, "Neftçi"yə diqqət yetirmirik. Rəqibi təhlil etmişik. Onların güclü futbolçuları var. İçlərində universal oyunçular da var. Onlara hörmətimiz böyükdür. Amma meydana qələbə üçün çıxacağıq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"