"Qarabağ"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aşdod"un futbolçusu Məhəmməd Knaan əməliyyat olunduğu üçün Ağdam təmsilçisi ilə matçları buraxacaq.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2-3 ay müddətində yaşıl meydanlardan uzaqda qalacağına görə Bakıdakı matça da komandası ilə gələ bilməyəcək. Oyunçu özü isə açıqlamasında təmsilçimizlə görüşlərdə meydanda ola bilməyəcəyinə görə məyusluğunu ifadə edib:
“Mövsümün başlanğıcını və “Qarabağ”a qarşı oyunları buraxacağım üçün çox məyusam. Mümkün olan ən qısa zamanda geri qayıtmağa çalışacam. Komandamla Bakıya yollanmayacağam. “Qarabağ”la oyunu izləyəcəm və komandama uzaqdan dəstək olacam”.
Qeyd edək ki, komandalar arasındakı ilk matç iyulun 22-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 29-u İsraildə olacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"