"Zirə"nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias paytaxt təmsilçisinə keçidi və "Neftçi"nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"la (Yunanıstan) qarşılaşacağı matçlar barədə danışıb.
Qol.az xəbər verir ki, ötən ildən Premyer Liqa klubunda çıxış edən 26 yaşlı müdafiəçi Sport-fm.gr-a açıqlamasında əvvəlcə "Zirə"yə gəlmək üçün tərəddüd etsə də, daha sonra Azərbaycan və paytaxt Bakını bəyəndiyini bildirib:
"Zirə"yə keçməzdən əvvəl Bolqarıstanın "Çerno More" klubu ilə bir illik müqaviləm var idi. Mənə maraq göstərdilər, "Çerno More" ilə danışdılar və transfer gerçəkləşdi. Azərbaycanı yaxşı tanımırdım. Ancaq buraya gələndə yaxşı ölkə və gözəl Bakını gördüm. Azərbaycanlılar isə çox gözəl insanlardır. "Zirə"dən təklif gələndə Anastasios Papazoğlu ilə ("Zirə"də oynayan həmyerlisi) məsləhətləşdim. O, bu komanda haqqında çox xoş sözlər söylədi".
Çantakias "Olimpiakos"la "Neftçi" arasında keçiriləcək görüşlər barədə danışarkən isə Azərbaycan təmsilçisinin güclü olduğunu bildirib:
"Bu komandaya qarşı dəfələrlə oynamışam. Azərbaycan Kubokunda onları mübarizədən kənarlaşdırdıq. 2020/2021 mövsümündə "Neftçi"yə cəmi bir dəfə məğlub olduq. "Olimpiakos" ehtiyatlı olmalı və rəqibin əks hücumlarına diqqət yetirməlidir. "Neftçi"də Sabiq Buqrinə xüsusi diqqət ayrılmalıdır. Sezar Meza Kolli isə olduqca təhlükəlidir. "Olimpiakos" favoritdir, amma rəqibə ciddi yanaşmalıdır".
Qeyd edək ki, "Neftçi" ilə "Olimpiakos" arasında ilk matç sabah Yunanıstanda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə iyulun 28-i "Bakcell Arena"da oynanılacaq. Bu matç 21:00-da start götürəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"