Rəşad Sadıqovdan qələbə şərhi

Rəşad Sadıqovdan qələbə şərhi
ÖLKƏ FUTBOLU 17 İyul 2021 / 01:00 4034
-  A +

"Təlim-məşq toplanışımızın ilk mərhələsini - Bakı hazırlığını başa vurduq. Bu müddətdə 3 yoxlama oyunu keçirdik. Əvəzedici komandamızla, "Sabah" və "Qəbələ" ilə qarşılaşdıq. Mövsüm öncəsi hazırlıqda qış toplanışından fərqli olaraq vaxt daha çox olur. Bu 3 həftədə əsasən fiziki cəhətdən və oyun planında komandanın hazırlığını daha da yaxşılaşdırmağa çalışdıq".

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ" ilə yoxlama matçından (3:0) sonra klubun saytına açıqlamasında deyib. O, görüş haqqında fikirlərini bölüşüb:

"Bəzi gedişatlar üzərində işlədik, oyundan-oyuna futbolçularda da inkişaf hiss olunurdu. Həm fiziki baxımdan, həm də oyun planında bəzi kompanentləri yaxşılaşdırdıq. İyulun 18-də Türkiyəyə yollanacağıq. Orada üç oyunumuz olacaq. Çatışmazlıqları aradan qaldırmaq baxımından hər oyun bizim üçün önəmlidir. İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnşallah 14-15 avqusta lazımi formanı yığa biləcəyik".

Daha çox


Son xəbərlər
topaz banner