Çempionlar Liqasının 2-cü təsnifat mərhələsində "Olimpiakos" (Yunanıstan) ilə "Neftçi" arasındakı ilk oyun azarkeşsiz keçiriləcək.
Qol.az xəbər verir ki, bu, ölkədə koronavirus pandemiyası üzündən tətbiq olunan məhdudiyyətlərlə əlaqədardır. Ötən gün "Olimpiakos"un "Aris"i 3:0 hesabı ilə yendiyi yoldaşlıq görüşü "Georgios Karaiskakis" stadionunun boş tribunaları önündə oynanılıb.
Bu gün isə Superliqada çıxış edən klubların nümayəndələri ilə Daxili İşlər Nazirliyində görüş olub. İclasda 2021/2022 mövsümündə stadionlara ümumi tutumun 80 faizi qədər vaksinasiya olunmuş azarkeşin buraxılması məsələsi müzakirə olunub. Yekun qərar qəbul olunanadək klublar bilet satışı həyata keçirməyəcək.
"Olimpiakos" klubunun mətbuat xidmətindən verilən məlumata görə, hələlik "Neftçi" ilə oyunda azarkeşlərin iştirak edib-etməyəcəyi bəlli deyil: "Yəqin ki, gün ərzində məsələyə tam olaraq aydınlıq gələcək. Ona görə də indi sizə heç bir məlumat verə bilməyəcəyəm".
Qeyd edək ki, iyulun 21-də keçiriləcək "Olimpiakos" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"