"Sumqayıt" "Qaziantep"ə uduzdu - Yenilənib

"Sumqayıt" "Qaziantep"ə uduzdu - Yenilənib
ÖLKƏ FUTBOLU 14 İyul 2021 / 20:04 4284
-  A +

Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Ayxan Abbasovun komandası yerli "Qaziantep"lə qarşılaşıb. Superliqa təmsilçisi ilə oyunda "Sumqayıt" 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəlki sınaq matçlarında "Keçiörengücü"nə 1:2, "Sivasspor"a isə 0:2 hesabı ilə məğlub olub.

14 iyul

"Qaziantep" - "Sumqayıt" - 2:1
Qollar:
Nuha Dikon, 30 (1:0), 40 (2:0), Xəzər Mahmudov, 84 (2:1)

Daha çox


Son xəbərlər
topaz banner