"Sabah"ın yeni transferi Coy-Lens Mikels kluba keçidi barədə danışıb.
Qol.az xəbər verir ki, almaniyalı vinger klubun saytına açıqlamasında bunları deyib:
“Sabah”a gəldiyimə görə xoşbəxtəm. Bura mənim üçün yeni çağırış, yeni təcrübədir. Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum və komandamın uğurlarında əsas pay sahiblərindən olum. Əsas məqsədim “Sabah”la xüsusi bir şeylər yaratmaq və mümkün olduqca çox uğur qazamaqdır. İrəli, “Sabah”!”
Qeyd edək ki, Mikelslə 2 illik müqavilə bağlanıb.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu