"Sumqayıt" yenə uduzdu

"Sumqayıt" yenə uduzdu
ÖLKƏ FUTBOLU 10 İyul 2021 / 20:43 3235
-  A +

2021/22 mövsümünə hazırlığı Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Qol.az xəbər verir ki, komanda “Sivasspor”la qarşılaşıb. Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçda “Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.
 
Xatırladaq ki, “Sumqayıt” daha öncə “Keçiörengücü” ilə qarşılaşmış və həmin oyunda da 1:2 hesabıyla uduzmuşdu.

Daha çox


Son xəbərlər
topaz banner