Rəşad Sadıqov heç-heçədən danışdı

Rəşad Sadıqov heç-heçədən danışdı
ÖLKƏ FUTBOLU 9 İyul 2021 / 22:35 3704
-  A +

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Sabah”la yoxlama oyunundan sonra (0:0) fikirlərini bölüşüb.
 
Qol.az klubun saytına istinadən xəbər verir ki, o, deyib:
 
“Hər iki komanda istəkli idi. İlk oyun olmasına baxmayaraq, hər iki tərəfdə istək var idi. İlk oyun olduğuna görə bəzi şeylər alınmırdı. Əsas olan oyundan çox futbolçuların yüklənmələri idi. Bu yüklənməni ala bildik. Getdikcə futbolçuların qazandığı vaxt da artacaq. Get-gedə daha çox çalışacağıq ki, yeni mövsümün ilk turuna qədər tam formada ola bilək”.

Daha çox


Son xəbərlər
topaz banner