"Artıq bu fikri dəstəkləmirəm" - Çeferin

"Artıq bu fikri dəstəkləmirəm" - Çeferin
ÖLKƏ FUTBOLU 9 İyul 2021 / 19:29 3390
-  A +

UEFA prezidenti Aleksandr Çeferin Avro-2020-nin 12 şəhərdə keçirilməsi barədə danışıb.

Qol.az "BBC Sport"a istinadən xəbər verir ki, o, gələcəkdə Avropa çempionatlarını bu cür təşkil etməyi düşünmədiyini deyib:

"Məndən soruşsanız, Avropa çempionatlarının 12 şəhərdə keçirilməsi fikrini artıq dəstəkləməzdim. Düşünürəm ki, bu, çox çətindir. Müəyyən mənada bəzi komandaların 10.000 km, digərlərinin 1000 km-dən çox məsafəni qət etməsi səhvdir. Bu azarkeşlər üçün də ədalətli deyil. Bəzi azarkeşlərin Romada, bir neçə gündən sonra Bakıda olmaları lazımdır. 4-5 saatlıq bir uçuş edirlər. Yəni çətindir. İdeya maraqlıdır, amma həyata keçirmək çətindir. Düşünmürəm ki, bunu bir daha edəcəyik".

Daha çox


Son xəbərlər
topaz banner