“Texniki tərəfdən danışsaq, hər iki komanda oyuna ehtiyatlı başlamışdı. Hiss olunurdu ki, “Neftçi” “Dinamo”nun səhvlərindən istifadə etməyə çalışacaq. Bunun sayəsində qol da vurdular. Düzdür, sonra qol buraxdılar, amma bu, çox normal haldır”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov “Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Dinamo”ya (Tibilisi) qalib gəldiyi matç (2:1) haqqında danışarkən deyib. O, Azərbaycan təmsilçisinin çıxışını belə qiymətləndirib: “Dinamo” öz meydanında oynayırdı. Buna görə də üstünlük əldə etmək istəyirdi. Nəticədə hücuma dəstək verdilər və onlar da qol vura bildilər. Amma ümumilikdə qeyd etmək olar ki, “Neftçi”nin futbolçularının ustalıq səviyyəsi rəqibdən bir az üstün görünürdü. Baxmayaraq ki, ilk oyun idi, top itkiləri çox olurdu, “Neftçi” öz istəyinə nail ola bildi. Bu, işin 50 faizidir. Mənə elə gəlir ki, cavab qarşılaşması “Neftçi” üçün daha çətin olacaq. Ona görə də hələlik cütün taleyi haqda indidən nəsə demək düzgün olmaz”.
A.Kərimov “Neftçi”nin cavab qarşılaşmasına yalnız 1 top fərqlə üstün getdiyini söyləyib: “Keçmiş səfər qolu qaydası keçərli olsaydı, komanda daha böyük üstünlük əldə edərdi. Amma indi yalnız 1 top irəlidədilər. Bu, böyük bir şey deyil. Dediyim kimi, evdəki oyun daha çətin olacaq”. 
Mütəxəssis təmsilçimizin oyunundakı mənfi və müsbət tərəflərə də toxunub: “Komandada filan problemləri görürəm demək düzgün olmazdı. Çünki oyun strategiyası, hazırlıq və s. klubun içində danışılan bir şeydir. Amma qeyd etmək olar ki, yeni transferlər hələ tam olaraq istədikləri oyunu göstərə bilmədilər. Bunlar başa düşülən şeylərdir. Birinci oyundur. Top itkiləri də çox oldu. Bir də ki, “Neftçi” hücumların təşkilində arxada qüvvə ilə irəli atıla bilmirdi. Bunu xoşuma gəlməyən tərəf kimi qeyd edə bilərəm. Amma bunlar baş məşqçinin göstərişi də ola bilər. Çünki ilk oyundur. Hücuma daha çox balanslı çıxmaq lazımdır. Həm də arxada futbolçu qalmalıdır. Uzun müddətli perspektivə baxsaq, yəqin ki, bir hücumçu transferi lazım gələcək. Bütün xəttlər ümumilikdə normal idi. Lakin Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirlərsə, hücumçu transferinə ehtiyacları var. “Neftçi”nin oyununda bəyəndiyim tərəf isə taktiki gedişlərin yerinə yetirilməsi idi. Mən Samir Abasovu yaxşı tanıdığıma görə deyə bilərəm ki, onun taktiki baxımdan üsulları meydanda görünürdü. Bu tapşırıqları yerinə yetirərkən səhvlər olurdumu? Əlbəttə, olurdu. Amma ümumilikdə komandanın balanslı şəkildə oyununu, futbolçuların matça köklənməsini, məşqçinin düşüncələrinin meydançada görünməsini müsbət məqam kimi qeyd edə bilərəm”.
Baş məşqçi Samir Abasov görüşdən sonra mətbuat konfransında komandanın müdafiə xəttindən narazı qaldığını bildirib. Aslan Kərimov Abasovun bu fikrinə belə yanaşıb: “Fərdi səhvlərə çox da fikir vermək istəmirəm. Çünki xırda səhvlər ola biləcək şeylərdir. Bu, bütün oyunlarda baş verə bilər. Ümid edirəm ki, həmin səhvləri qarşıdakı matçlarda aradan qaldırmağa çalışacaqlar. “Neftçi” uzun müddət çempionatda eyni müdafiəçilərlə oynayıb. İndi onlardan biri - Anton Ktrivotsyuk yoxdur Belə olanda da Krivotsyuku əvəz etmək lazım idi. Onun yerinə gələn futbolçu da təbii ki, səhvsiz oynamayacaq. Bu, qaçılmazdır”.
Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasındakı cavab oyunu iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.
Nuriyə Zeynalova
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
Kurtua "El-Klassiko"da oynayacaq?
Tovuzda heyətlər açıqlandı
AFFA hakimlər üçün sessiya təşkil etdi
Mbappenin durumu açıqlandı
Sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəliblər
AFFA-nın stadionu yenilənir - Şəkillər
Jinyak 11 ildən sonra klubunu tərk etdi
O da DÇ-2026-nı buraxacaq
1-ci liqada həftənin hakimləri məlum oldu
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
Zubir bu yay "Qarabağ"dan ayrılacaqmı?
AFFA Lənkəranda festival təşkil edib
"Şaxtyor" çempionluğa yaxınlaşır
Azərbaycan millisi Avropa Kubokunda 1-ci oldu
"Barselona" onlarla yolları ayırır
Cəlal oynadı, komandası uduzdu
Məşhur futbolçu sərxoş olub barda yatıb qaldı
Salahın ‘Liverpul’ karyerası belə bitdi
Azarkeşlər “Fənərbaxça”nın avtobusunu daşa basdılar - Video
Musa Qurbanlı: “Hörmətin qarşılığı hörmət olmalıdır” - Video
Azərbaycan boksçularından tarixi nəticə
“İnter”dən xal itkisi, “Milan” “Yuventus”la heç-heçə etdi
Güləş millimiz 6-cı dəfə Avropa çempionu oldu
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video