"Qarabağ" qanalı hücumçu alır

"Qarabağ" qanalı hücumçu alır
ÖLKƏ FUTBOLU 7 İyul 2021 / 17:35 5452
-  A +

"Qarabağ" daha bir futbolçunu heyətinə qatmağa yaxındır.

Qol.az Portuqaliyanın "Guimaraesdigital" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi qanalı hücumçu Abdul-Aziz Yakubu il razılıq əldə edib.

Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusunun "Qarabağ"la 4 illik müqavilə imzalayacağı bildirilib. 23 yaşlı hücumunun keçidi üçün xırda detalların həll olunması qalıb.

Qeyd edək ki, Abdul-Aziz Yakubu ötən mövsümü icarə əsasında “Eştoril”də keçirib.

Daha çox


Son xəbərlər
topaz banner