“Mənə elə gəlir ki, sanki həmişə burda olmuşam. Bəlkə də "Legiya"da uğurlu starta məhz bu amil səbəb olub".
Qol.az xəbər verir ki, bu sözləri “Legiya”da çıxış edən millimizin üzvü Mahir Emreli deyib.
24 yaşlı hücumçu Polşanın "Super Ekspress" nəşrinə açıqlamasında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah “Bodo Qlimt”lə keçiriləcək görüş haqda danışıb: “Hazırlığımızı avrokuboklara əsasən aparmışıq. İndi yoxlama oyunlarındakı formamızı burada göstərməliyik. “Bodo Qlimt” sürətli və dinamik oyuna üstünlük verən komandadır. Onlar topla oynamağı sevir, yaxşı əks-hücumlar qurur. Norveç çempionu yaxşı komandadır. Əgər “Legiya” uğur qazanmaq istəyirsə, heç kimdən qorxmamalıdır. Rəqibin gücünü qiymətləndirirəm. Onlar böyük üstünlüklə, çox sayda qol vurmaqla Norveç çempionu olublar. Amma “Legiya” da güclüdür. Avropa çempionatı göstərdi ki, istənilən komanda ilə mübarizə aparmaq olar. İsveçrə və ya Danimarkanın nələr etdiyinə baxmaq kifayətdir. Fransa və Almaniya kimi nəhənglər isə turnirlə vidalaşdı”.
"Legiya"nın yoxlama oyunlarında 6 qol vuran Emreli bu görüşləri unutmalı olduğunu və Çempionlar Liqasında uğur qazanmaq üçün çalışacaqlarını bildirib: "Belə uğuruma görə şadam. Məşqçi ilə ünsiyyətim də yaxşıdır. O mənimlə rusca danışır. Amma yoxlama oyunları çempionat və avrokubok matçlarından fərqlənir. Həmin matçlar artıq arxada qalıb və onların unutmaq lazımdır”.
Qeyd edək ki, iyulun 7-də keçiriləcək "Bude-Qlimt" - "Legiya" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"