Milli komandamızın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko yığmadakı işindən ayrılıb.
Qol.az xəbər verir ki, o, bunu Rusiyanın "Sport24.ru" saytına açıqlamasında deyib. Moskva SSKA-sında da eyni işi görən Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini deyib. O, bundan sonra yalnız klubda işləyəcəyini bildirib:
"Ötən gün bu məsələ ilə bağlı qərar verdim. Artıq yalnız SSKA-da çalışacağam. Diqqətimi sırf klubdakı işimə yönəldəcəyəm. SSKA iki yerdə işləməyimin əleyhinə deyildi. 6 ay bu formada işlədim. Ancaq millidə prinsiplər və qaydalar fərqlidir.
Milli komanda mənim üçün əziz olaraq qalır. Mən Azərbaycanda doğulub, böyümüşəm. İndi belə bir qərar verdik, amma hər an milliyə kömək etməyə şad olaram. Yəqin ki, bu, doğru qərardır. Baxmayaraq ki, klubda da çox sayda səyahət və məşqlər var, indi ailəmlə daha çox vaxt keçirirəm".
Qeyd edək ki, Dmitri Kramarenko bu ilin yanvarından SSKA-da işləyir. 2020-ci ildən yığmamızın məşqçilər korpusunda yer alan keçmiş qolkiper daha əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"