Şevçenko Ukrayna millisindən gedir?

Şevçenko Ukrayna millisindən gedir?
ÖLKƏ FUTBOLU 4 İyul 2021 / 10:15 4049
-  A +

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/4 finalında İngiltərəyə uduzduqları matç (0:4) haqqında danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis millidə baş məşqçi vəzifəsində işləməyə davam edib-etməyəcəyi barədə sualları da cavablandırıb:

"Komandamızın çıxışından məmnunam. Oyunçularımıza sədaqətinə, bu günkü oyuna görə təşəkkür etdim. Milli komandada işə davam edib-etməyəcəyimə gəldikdə isə əvvəlcə Ukraynaya qayıdacağıq. Sonra görülən işləri ümumiləşdirib, hesabat verəcəyik. Və yalnız bundan sonra Ukrayna Futbol Federasiyası ilə birgə qərar verəcəyik. Hələ vaxt var. Heç kim tələsmir".

Daha çox


Son xəbərlər
topaz banner