AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Xorvatiya mətbuatının "Qarabağ"ın futbolçusu Filip Ozobiçin bu ilin sentyabr ayından etibarən Azərbaycan millisində çıxış edəcəyi ilə bağlı yaydığı xəbərlərə münasibət bildirib.
O, Qol.az-a açıqlamasında deyib ki, 30 yaşlı yarımmüdafiəçi ilə bağlı AFFA tərəfindən hələ ki FİFA-ya müraciət ünvanlanmayıb: "Çünki Azərbaycan millisində çıxış etməsi üçün o, ölkəmizdə fasiləsiz 5 il olmalıdır. Bu müddətin də tamam olmasına hələ bir neçə həftə vaxt qalır".
F.Abdulla Ozobiçin milliləşdirilməsi ilə bağlı AFFA tərəfindən müəyyən hazırlıq işləri görüldüyünü vurğulayıb: "Çünki baş məşqçi Canni de Byazi onu milli komandada görmək istəyir. Tam vaxt tamamlandıqdan sonra FİFA-ya rəsmi müraciət göndərəcəyik".
Qeyd edək ki, Ozobiç ölkəmizdə "Qəbələ"də də çıxış edib (2016-2018). 2018-ci ildə "Qarabağ"a transfer olunan oyunçunun Ağdam təmsilçisi ilə sözləşməsi 2023-cü ilin yayına qədərdir.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"