"Zirə" növbəti transferini açıqladı

"Zirə" növbəti transferini açıqladı
ÖLKƏ FUTBOLU 2 İyul 2021 / 14:31 2302
-  A +

"Zirə" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Anar Nəzirovla 1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, son olaraq "Qəbələ"də çıxış edən 35 yaşlı qapıçı daha əvvəl 2015-18-ci illər aralığında da "Zirə"nin şərəfini qoruyub. O, həmçinin "Kəpəz", "Neftçi", "Turan", "Standart" və "Sumqayıt"da oynayıb.

Xatırladaq ki, "Zirə" bu gün braziliyalı hücumçu Velvis Damakenanın transferini də açıqlayıb.

Daha çox


Son xəbərlər
topaz banner