Ukrayna millisində ciddi itki

Ukrayna millisində ciddi itki
AVRO-2020 30 İyun 2021 / 15:32 2328
-  A +

Ukrayna millisi ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, hücumçu Artyom Besedin zədələnib. Bu barədə yığmanın məşqçisi Aleksandr Şovkovskiy öz İnstaqram səhifəsində yazıb. O, Avro-2020-nin 1/8 finalında İsveçlə görüşdə dizindən zədə alan 25 yaşlı forvardın ən azı bir neçə həftə meydana çıxa bilməyəcəyini qeyd edib.

Besedin İsveçlə görüşdə meydana sonradan daxil olsa da, bir neçə dəqiqədən sonra rəqib futbolçunun dizinə vurduğu zərbə nəticəsində ciddi zədə alıb və əvəzlənib. O, meydanı həkimlərin köməkliyi ilə tərk edib.

Qeyd edək ki, Ukrayna millisi 1/4 finalda İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 3-də Romada keçiriləcək.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq