“Avro-2020”nin 1/8 final mərhələsindən sonra yarışın statistik göstəriciləri açıqlanıb.
Qol.az UEFA-nın hesabatına istinadən xəbər verir ki, ən çox qol vuran və topa ən çox sahib olan komanda İspaniyadır. Luis Enrikenin komandası yarışda 11 dəfə rəqib qapısına yol tapıb və ümumən 67.5 faiz topu özündə saxlayıb. Ümumi statistik göstəricilər aşağıdakı kimidir:
Komandalar arasında
Ən çox qol vuran: İspaniya - 11
Topa ən çox sahib olan: İspaniya - 67.5
Ən dəqiq ötürmə edən: Almaniya – 89.3
Qapıya ən çox zərbə vuran: İtaliya – 87
Topu rəqibdən ən çox ələ keçirən: Almaniya – 69
Ən çox seyv edən: Uels – 18
Ən çox “quru” oyun keçirən: İngiltərə - 8
Futbolçular arasında
Ən çox qol vuran: Ronaldo (Portuqaliya) – 5
Ən çox qol ötürməsi edən: Stiven Suber (İsveçrə) – 4
Ən sürətli qaçan: Spinatsolla (İtaliya): 33.8
Ən çox məsafə qət edən: Zabitser (Avstriya) – 48.7
Çərçivəyə ən çox zərbə endirən: Ronaldo (Portuqaliya) – 8
Ən çox dəqiq ötürmə edən: Ceyms (İngiltərə) – 99
Topu rəqibdən ən çox ələ keçirən: Layner (Avstriya) – 14
Ən çox seyv edən: Uğurcan Çakır (Türkiyə) – 18
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi