Ukrayna millisinin üzvü Aleksandr Zinçenko Avro-2020-nin 1/8 finalında İsveçə qalib gələrək 1/4 finala yüksəlmələrindən danışıb.
Qol.az xəbər verir ki, "Mançester Siti"nin müdafiəçisi UEFA-nın rəsmi saytına açıqlamasında deyib: "Bu, tarixi bir nailiyyətdir. Hər kəsə sevinməyi məsləhət görürəm. Bunu bir dəfə yaşayırıq və belə anlar daha olmaya bilər.
İlk üç oyun ərzində komanda çox tənqid olundu. Xüsusən də mənim üzərimdə təzyiq var idi. Komandaya daha çox şey verə biləcəyimi hiss edirdim. Fəxr edirəm ki, bu gün bütün ölkəyə və Avropaya hədəflərimizə çata biləcəyimizi sübut etdik".
O, millidə əvvəlki illərdən fərqli olaraq cinahda oynaması haqda isə bildirib: "Milli komandada meydanın ortasında oynamağa alışmışam, amma məşqçinin məni gördüyü yerdə çıxış etməyə hazıram. Məşqçilər lazım olan taktikanı seçdilər".
Xatırladaq ki, Ukraynanın 2:1 hesabı ilə qalib gəldiyi oyunda ilk qolu Zinçenko vurub. Ukrayna millisi bu qələbə ilə tarixində ilk dəfə Avropa çempionatının 1/4 finalına çıxıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi