Fransa millisinin hücumçusu Kərim Benzema Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyundan (3:3, penaltilər seriyası - 4:5) sonra azarkeşlərə müraciət edib.
Qol.az xəbər verir ki, o, "İnstaqram" səhifəsində yazıb:
"Dünənki oyunun nəticəsindən kədərləndim və məyus oldum. Məyusluq həddən artıq böyükdür, çünki sizi həyəcanlandırmağa davam etmək istəyirdik. Buna baxmayaraq, çempionatın əvvəlindən göstərdiyiniz dəstəyə görə təşəkkür edirik. Hər gün bizə bəxş etdiyiniz gücə görə minnətdaram. Bu, asan deyil, amma növbəti turnirlərə daha yaxşı hazırlaşmaq və daha da güclü qayıtmaq üçün mübarizəmizi davam etdirəcəyik".
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi