Çexiya millisinin futbolçusu Antonin Barak Avro-2020-nin 1/4 finalında Bakıda Danimarka ilə keçirəcəkləri matç haqqında danışıb.
Qol.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Çexiya Futbol Federasiyasının rəsmi saytına müsahibəsində deyib:
“Belə oyunlarda azarkeş bazası vacibdir və bu baxımdan 1/4 finalın Bakıda keçirilməsinə görə təəssüflənirik. Çünki azarkeşləri və ailələrimizi oraya gətirməyəcəyik. Matç Kopenhagendə oynanılsaydı, Danimarka torpağında olsa belə, yenə də bəzi azarkeşləri və sevdiklərimizi oraya gətirə bilərdik. Beləliklə hər şey tamamilə fərqli olardı”.
2017-ci ildə dünya çempionatının seçmə mərhələsində Bakıya səfərini xatırlayan Barak hazırkı şərtlərin həmin vaxtla eyni olmadığını deyib: “Dünya çempionatının seçmə mərhələsində Karel Yarolimin baş məşqçiliyi altında oynayanda Bakıda idim. Səfər uzun müddət çəkdi, fərqli şərtlər var idi. Amma bu, Avropa çempionatıdır. Özü də 1/4 final. İndi hər matç bizim üçün sonuncu ola bilər. Rəqib üçün də eyni olacaq. Çıxılmaz vəziyyətdə olduğumuzu düşünə bilmərik. Hər iki komanda üçün eyni şərtlər olacaq və bacardığımız qədər oyuna yaxşı hazırlaşmalıyıq”.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Danimarka – Çexiya qarşılaşması 20:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi