“Çox gərgin mübarizə oldu. Bu matçda bizi ilk hissədə çətin vəziyyətə salmağı bacaran əla komandaya qarşı çıxış etdik”.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didier Deşam deyib.
O, komandasının Avro-2020-nin 1/8 finalında İsveçrəyə penaltilər seriyasında uduzaraq (əsas vaxt – 3:3, penaltilər seriyası – 4:5) mübarizəni dayandırmasını belə şərh edib:
“Oyunun dalğasını döndərə bildik, 3:1 önə keçdik. Ancaq rəqibin ikinci qolu matçın gərginliyini ciddi şəkildə artırdı. Bundan sonra İsveçrə oyuna nəzarəti əlinə aldı. Bir şeyə görə peşman olaramsa, bu, yalnız əsas vaxtın son 10 dəqiqəsidir. Bu müddətdə özümüzü daha yaxşı göstərməli idik. Çünki penaltilər seriyasına "lotereya" deyilir. Çox vaxt biz qazanan tərəf olurduq. Amma bu dəfə belə olmadı".
Deşam ilk hissədə rəqibin onlara çox çətinlik yaratdığıın vurğulayıb: "Topa gecikirdik, müəyyən ləngimələr var idi. Bu, fasilə zamanı düzəldilməli idi. Oyunçularımız hesabı qorumaq üçün hər şeyi etdilər. Qalanını isə özünüz bilirsiniz.
Mbappenin uğursuzluğu isə bizim ümumi faciəmizdir. Qol vurmasa da, hər halda görüşdə vacib rol oynadı. 5-ci penaltidə qol vura bilmədiyinə görə məsuliyyəti öz üzərinə götürür, amma heç kim onu günahlandırmır. Əvvəllər əla anlarımız, hisslərimiz var idi, amma indi bütün ölkə kədərlidir. Bunu qəbul etməliyik. Oyunumuza görə çox heyfislənirik. Mübarizəni dayandırdıqsa, deməli buna layiq idik. Turnir çətin oldu. Amma nə qədər ağrılı olsa da, uğursuzluğumuzu qəbul etməliyik".
O bildirib ki, ilk hissədəki oyun taktika seçimində yanıldığımı sübut edib: "Lakin başqa bir ssenaridə daha yaxşı oynayacağımıza da şübhə edirəm. Oyundan sonra paltardəyişmə otağına girəndə ölümcül sükut var idi. Bir az futbolçuları ruhlandırmaq məcburiyyətində qaldım. Komandamız belə çətin anlarda da bir olmalıdır. Hazırda bu durumda kimsə günahkardırsa, bu, oyunçular deyil, mənəm. Bəzi ambisiyalarımız var idi, amma indi yarışdakı çıxışımızı dayandırmaq məcburiyyətindəyik.
Bəzi futbolçuların zədəli olması üç mərkəz müdafiəçisinin seçiminə təsir etdi. Belə bir sxemdə oynamaq ilk təcrübəmiz deyil. Hücum oyununa daha çox yer verməli idik. Bir tarazlıq tapmaq lazım idi, ancaq rəqib buna imkan vermədi. Topa sahib ola bilmədiyimiz üçün oyunçular arasında çox boşluqlar var idi. Fasilədə isə taktikanı dəyişməli olduq”.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar