Avro-2020-də 1/8 final mərhələsi davam edir.
Qol.az xəbər verir ki, 3-cü oyun günü daha iki görüş keçirilib.
Xorvatiya İspaniya ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. İspaniya millisi əlavə olunmuş 30 dəqiqədə 2 qol vuraraq növbəti mərhələyə adını yazdırıb.
Günün son matçında isə Fransa İsveçrə ilə qarşılaşıb. Bu oyunun da əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Dramatik matçın əlavə vaxtında da qol olmayınca qalib penaltilərlə müəyyənləşib. İsveçrə millisi burada daha dəqiq olaraq (5:4) qalib gəlib. Fransızlarda Kilian Mbappe son penalti zərbəsində qapıçı Yan Zommerə uduzub.
Beləliklə, sensasiyalı şəkildə son dünya çempionunu mübarizədən kənarlaşdıran İsveçrə millisi tarixində ilk dəfə Avropa çempionatının 1/4 finalına yüksəlib. Komanda iyulun 2-də keçiriləcək bu mərhələdə İspaniya yığması ilə qarşılaşcaq.
28 iyun
Avro-2020, 1/8 final mərhələsi
23:00. Fransa - İsveçrə - 3:3 (Penaltilər - 4:5)
Qollar: Seferoviç, 15 (0:1), Benzema, 57 (1:1), 59 (2:1), Poqba, 75 (3:1), Seferoviç, 81 (3:2), Qavranoviç, 90 (3:3)
Reallaşdırılmayan penalti: Rodriges, 55 (İsveçrə)
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena" stadionu
20:00. Xorvatiya - İspaniya - 3:5
Qol: Simon, 20 (öz qapısına) (1:0), Sarabiya, 38 (1:1), Azpilikueta, 57 (1:2), Torres, 77 (1:3), Orsiç, 85 (2:3), Pasaliç, 90+3 (3:3), Morata, 100 (3:4), Oyarzabal, 103 (3:5)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, "Parken" stadionu
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı