Belçika millisinin üzvü Romelu Lukaku Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Danimarka üzərində əzmkar qələbəni şərh edib.
Qol.az xəbər verir ki, 28 yaşlı hücumçu UEFA-nın saytına açıqlamasında deyib: "Özüm də daxil olmaqla emosional oynadıq. Düzünü deməliyəm, bizdən gözlənilən oyun səviyyəsini göstərmədik. Amma bunu çox dramatikləşdirməyə dəyməz. Danimarka millisi həddindən artıq yaxşı oynadı. Bizim üçün bir sınaq oldu və sonda qrupdan çıxdıq".
Xatırladaq ki, Belçika millisi sözügedən oyunda 2:1 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi